Türkiyədə leysan yağışların törətdiyi sel və daşqınlarda azı 31 nəfər ölüb.
Onların azı 20-si İstanbulda, 7-si isə Trakyada ölüb. Bir neçə nəfər fəlakət baş verən ərazidə itkin düşüb. Daşqın səbəbindən insanlar hündür yerlərə çıxaraq, seldən qorunmağa çalışıblar.
Türkiyənin DİN Bəşir Atalay ölənlərin sayının artacağını ehtimal edir.
İstanbul rəhbərliyi geniş miqyaslı xilasetmə əməliyyatları aparır.
İstanbulun bələdiyyə idarəsindən bildiriblər ki, sentyabrın 8-dən bu yana mindən artıq insan xilas edilib.
Bu arada Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdulla Gülə təbii fəlakətlə bağlı başsağlığı verib.