PanARMENIAN.Net internet qəzeti
Dağlıq Qarabağ parlamentində Xarici Əlaqələr Komistəsinin rəhbəri Vahram Atanesyan hesab edir ki, ABŞ-ın ATƏT-in Minsk Qrupundakı yeni həmsədri Qarabağ münaqişəsinin həllinə daha çox kömək edə bilər.
O, yeni həmsədr Robert Bradtkenin Kosovo probleminin həllində iştirak etmiş təcrübəli bir diplomat olduğunu deyir.
De-fakto agenltiyi
Bu ilin avqustunda Dağlıq Qarabağda 261 uşaq doğulub. Bu da 2008-ci ilin avqustunda dünyaya gələn uşaqların sayından 61 nəfər çoxdur.
Milli Statistika xidmətinin məlumatına görə avqustda ölənlərin sayı isə 95 nəfər olub. Amma keçən ilin həmin ayında ölənlər 87 nəfər idi.
Avqust ayında Qarabağa kənardan 56 adam gəlib, 59 adam isə gedib.
Aysor.am internet qəzeti
Parlamentdəki İqtisadiyyat daimi Komitəsinin rəhbəri Vrdan Ayvazyan hesab edir ki, Türkiyə ilə sərhədin açılması Ermənistana iqtisadi inkişaf gətirə bilər. Onun fikrincə, sərhədin açılması Ermənistanın ümumi daxili məhsulunda 4%, ixracında 17.7%, idxalında isə 13% artım verə bilər.
O, sərhədin açılması ilə Ermənistanda daxili istehsalın zəifləməsi barədə fikirlərlə də razı deyil. Bildirir ki, hazırda Ermənistanın İran və Gürcüstanla mal alış-verişi var. Amma bu, ölkənin istehsalına təsir etmir.
Onun fikrincə, türk malları yalnız Ermənistan bazarındakı Çin və Hindistan mallarını sıxışdıra bilər.
“Noyan tapan” agenltiyi
Oktyabrın 6-da Brüsseldə Avropa Parlamentinin binasında “soyqırım”ı inkarla mübarizəyə dair konfrans keçiriləcək. Konfransı Hay Dat Avropa Komitəsi, IBUKA Fransa təşkilatı və Yəhudi İçtimai Mərkəzi keçirir.
Məlumata görə konfransda 2001-cu ilə qədər 27 Avropa Birliyi ölkəsində “soyqırım”ı inkara görə cinayət məsuliyyəti tətbiq olunması müzakirə olunacaq.