Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Moskvada “soyqırım” abidəsi qurula bilər


Generic – A photo of International and Russian newspapers, Prague, 17Jun2009
Generic – A photo of International and Russian newspapers, Prague, 17Jun2009
Tert.am internet qəzeti
Moskvada şəhər Dumasının abidələrə nəzarət edən komissiyası erməni “soyqırımı”nı əks etdirən abidə kompozisiyasının qoyulmasına etiraz etməyib. Bu barədə Rusiya Erməniləri Birliyi təşəbbüs qaldırmışdı.

Abidənin qurulması üçün lazım olan bütün xərcləri təşəbbüskarların çəkəcəyini nəzərə alan komissiya sentyabrın 8-də məsələni Moskva Dumasının gündəliyinə çıxarmaq qərarına gəlib.

Türkiyədə Ermənilərin “soyqırımı”nı əks etdirən kompozisiya erməni Apostol Kilsəsinin Yeni Naxçıvan və Rusiya yeparxiyasının Moskada Trifonov küçəsi ilə Olimpiya porspektinin kəsişməsində tikilən kafedral kilsəsinin ərazisində qurula bilər.

ARMENIA Today agenltiyi

Dağlıq Qarabağda mövcud olan təbii sərvətlər onun iqtisadi və sosial inkişafına səbəb ola bilər. Burada zəngin qızıl yataqları, mineral sular, metal mədənləri var.

Amma həm sovet vaxtında həm də sonuncu müharibədən sonra neft və qaz axtarışları bir nəticə verməyib.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji kəşfiyyat xidmətinin rəisi Qazi Hacıkərimov da təsdiq edib ki, Dağlıq Qarabağ və ona bitişik rayonlarda 87 faydalı mineral yataqları qalıb. Amma Hacıkərimov onların arasında neft və qaz haqqında heç bir məlumat verməyib.

Ermənistanın Energetika Nazirliyində yeraltı enerji mənbələri şöbəsinin rəisi Qarik Baburyan isə bildirir ki, Qarabağda elə yerlər var ki, neft yerin üstünə çıxır. Amma bu hələ sənaye istehsalı üçün yaralrı yatağın olması demək deyil. Bunun üçün kəşfiyyat işləri aparılmalıdır. Buna isə hələlik xarici sırmayəçilər pul qoymağa cəsarət etmirlər.

“Aravot” qəzeti
“Respublika” partiyasının siyasi şurasının üzvü və Erməni Milli Konqresinin nümayəndəsi hesab edir ki, Ermənistanla indiki danışıqlarda istənilən halda Türkiyə qalib gələcək:

“Mən hesab edirəm ki, indiki danışıqlar Türkiyənin maraqları çərçivəsində aparılır. Birincisi, bununla Türkiyə regionda lider mövqedə olduğunu nümayiş etdirir. İkincisi də, bu, Türkiyənin Avropa Birliyinə üzvülüyünü sürətləndirəcək.

Üçüncüsü, Türkiyə məmurları dönə-dönə deyirlər ki, erməni-türk danışıqlarında ön şərt Qarabağ münaqişəsinin həllidir. Yəni, istənilən tərəfdən baxanda bu danışıqlar Türkiyə üçün maraqlı görünür.

O ki, qaldı, protokolların parlamentdə təsdiq edilib-edilməyəcəyinə, mən hesab edirəm ki, bir neçə adam istisna olmaqla parlament marionetlərdən ibarətdir. Onlar Serj Sarkisyandan gələn istənilən sənədi ratifikasiya edəcəklər.”

Panorama.am internet qəzeti
Beynəlxalq Valyuta Fondunun Ermənistan üzrə daimi təmsilçisi Ninke Omes hesab edir ki, sərhədin açılması ixracatın artmasına və rəqabət qabiliyyətinin artmasına da kömək edəcək.
Keçirdiyi mətbuat konfransında o deyib ki, sərhədin açılması ilə daha rəqabətədavamlı mənbələr əldə edəcək ki, bu da iqtisadi inkişafa kömək edəcək.
XS
SM
MD
LG