Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:49

«QULAQ Arxipelaqı» orta məktəblərdə tədris olunacaq


Aleksandr Soljenitsın həyat yoldaşı Nataliya və oğlu İqnatiy ilə, 1994-cü il
Aleksandr Soljenitsın həyat yoldaşı Nataliya və oğlu İqnatiy ilə, 1994-cü il
Rusiya məktəblərinin yuxarı sinif şagirdləri Aleksandr Soljenitsının «QULAQ Arxipelaqı» əsərini öyrənəcəklər.

Roman artıq tədris proqramına daxil edilib. «İnterfaks» xəbər verir ki, bu barədə Təhsil və elm naziri Andrey Fursenko əmr imzalayıb.

Bundan əvvəl orta məktəb proqramına yazıçının ancaq iki əsəri – «Matryona həyəti» hekayəsi və «İvan Denisoviçin bir günü» povestləri daxil idi.

Məşhur rus yazıçısı Aleksandr Soljenitsının «QULAQ Arxipelaqı» əsəri Sovet İttifaqındakı qapalı totalitar həyatı ifşa edir. Romanda sovet əsir düşərgələrində günahsız insanlara verilən işgəncələr, ağır həyat tərzi ifadə olunub.

A. Soljenitsın 1970-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG