Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

İran qərbə öz təkliflərini verməyə hazırlaşır


Sentyabrın 9-da İran dünyanın güc dövlətləri ilə danışıqlar üçün təkliflər paketi təqdim edəcək. İranın XİN Manuçöhr Mottaki dünən bu barədə deyib, ancaq əlavə məlumat verməyib.

Bazar ertəsi prezident Mahmud Əhmədinejat də bildirib ki, İran paketi BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyaya təqdim edəcək və deyib ki, İran mübahisəli nüvə proqramı ilə bağlı danışıqlara hazırdır.

Bununla belə Əhmədinejat əlavə edib ki, İran nüvə sahəsində araşdırma aparmaq hüququnu şübhə altında qoymağa imkan verməyəcək.

Qərb ehtiyat edir ki, İran nüvə silahı hazırlaya bilər, Tehran isə nüvə proqramının dinc məqsədli olduğunu deyir.
XS
SM
MD
LG