Keçid linkləri

2025, 23 May, Cümə, Bakı vaxtı 16:31

MTN 180 kiloqrama yaxın narkotik vasitəni müsadirə edib


Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən «İran-Azərbaycan» və «İran-Azərbaycan-Rusiya» marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan şəxslər ifşa olunaraq zərərsizləşdirilib.

Bu barədə Turana MTN-in İctimai Əlaqələr Mərkəzindən bildirilib. Məlumata görə, onlardan ümumilikdə 180 kiloqrama yaxın narkotik vasitələr – heroin, həşiş və tiryək aşkar edilərək götürülüb.

Nazirlik qeyd olunan faktlarla bağlı başlanılmış cinayət işləri üzrə bütün halların araşdırılması üçün əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini bildirir.
XS
SM
MD
LG