Keçid linkləri

2026, 26 Avqust, çərşənbə, Bakı vaxtı 15:18

İranda müxalifət liderinin ofisi bağlanıb

İran hakimiyyəti müxalifət liderlərindən biri Mehdi Karrubinin ofisini bağlayıb.

Bu barədə İLNA agentliyi xəbər verir.

Karrubinin partiyası ofisdə axtarış aparıldığını film və komputer materialları da daxil olmaqla sənədlərin müsadirə edildiyini xəbər verir.

Partiyanın sözçüsü İsmail Girami həmçinin “ Etimadi Milli ” saytının baş direktorunun həbs olunduğunu deyir.
XS
SM
MD
LG