Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:05

Elman Rüstəmovun məhkəmədə dindirilməsi tələb olunur


Elman Rüstəmov
Mərkəzi Bankdan (MB) 7 milyard AZM-in (1 milyon 400 min AZN) oğurlanmasında təqsirləndirilən keçmiş bank işçiləri MB-nin İdarə Heyətinin sədri Elman Rüstəmovun məhkəməyə əlavə şahid qismində çağırılmasına dair iki dəfə vəsatət veriblər. Lakin məhkəmə hər iki halda vəsatətləri rədd edib.

Təqsirləndirilən şəxslər isə məhkəmənin nəzərinə çatdırıblar ki, külli miqdarda pulun oğurlanmasında heç bir təqsirləri yoxdur və əsl oğrular azadlıqda gəzir.

Mərkəzi Bankın saxlanc şöbəsinin rəisi Firəngiz Hacıyeva və hesablaşma departamentinin kassa-əməliyyat şöbəsinin rəisi Ərşad Cəlilov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), xəzinədarlar Şahnaz Səmədova və Nazilə Bağırova 308.2-ci və 179.3.2-ci (mənimsəmə və ya israf etmə), Könül İsmayılova 179.3.2-ci və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə), Səbinə Məmmədova isə 314 (səhlənkarlıq) maddələri ilə təqsirləndirilir. Onların heç biri özünü ittihamlar üzrə təqsirli bilmir.

İttihama görə, təqsirləndirilən şəxslər 2003-2008-ci illər ərzində Mərkəzi Bankdan qeyd olunan məbləğdə pul vəsaitinin oğurlanmasında birbaşa və ya dolayısı ilə iştirak ediblər.

Yeri gəlmişkən, 1,4 milyon AZN-in oğurlanmasında təqsirləndirilən bu şəxslərin bank sahəsində 15-30 il arasında iş təcrübələri var.

İstintaqın qənaətinə görə, oğurluq Mərkəzi Bankın əsas binasında və Nərimanov rayonu ərazisində yerləşən «Xəzinə-2» deyilən binada baş verib.

Təqsirləndirilənlər də deyirlər ki, bu boyda pul kütləsini oğurlamaq üçün təxminən 3 iri vaqon gərəkdir. Onların sözlərinə görə, həmin pul kütləsini bank binasından çıxarmaq qeyri-mümkündür.

Təqsirləndirilən şəxslər deyirlər ki, qeyd edilən pul kütləsini xəzinədən çıxarmaq da qeyri-mümkündür. Bu gün təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılanların nə belə səlahiyyətləri, nə də imkanları olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG