Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 20:52

Keçmiş bələdiyyə sədri ittihamları qismən qəbul edib


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Kəramət Əliyevin sədrliyi ilə Binəqədi rayonu, Xocəsən bələdiyyəsinin sədri Zəfər Məsimovun məhkəməsi davam edir.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) 309.2-ci (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə ittiham olunur.

Zəfər Məsimov məhkəmədə ittihamları qismən qəbul edib.

2007-ci ildə Xocəsən bələdiyyəsinin sədri Ədalət Seyidov öz ərizəsi ilə vəzifəsindən çıxandan sonra onun müavini olmuş Zəfər Məsimov həmin bələdiyyəyə sədr seçilib.


XS
SM
MD
LG