Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Bakı-Sumqayıt yolu ilə nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılır


Sabahdan Bakı-Sumqayıt avtomobil yolu ilə (6-cı km) nəqliyytaın hərəkəti yenidən naməlum müddətə məhdudlaşdırılacaq. Nəqliyyat alternativ yolla, Biləcəri qəsəbəsindən hərəkət edəcək.

Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması Bakı dairəvi yolu-1 layihəsi çərçivəsində tunel tikintisi ilə bağlıdır. Tunel Bakı-Sumqayıt avtoyolunun altından keçəcək. Tunelin bir hissəsi tikilib və yolun sol zolağında tikinti işlərini başa çatdırmaq lazımdır.

«Makyol-Sapri» (Türkiyə-Küveyt) şirlkəti tunelin tikintisinə cari ilin iyununda başlayıb. Bu tunel vasitəsilə şimaldan cənuba gedən avtonəqliyyat vasitələri dairəvi yola çıxa bilər. Avtomobillərin şimal istiqamətində hərəkətini təmin etmək məqsədi ilə Biləcəridə yeni yol qovşağı tikilir.

Tunelin uzunluğu 70, eni 14 metr olacaq. Tunelin tikintisi dairəvi yolun işə salındığı vaxta cari ilin oktyabrına başa çatacaq.

Bakı dairəvi yolunun yenidən qurulmasına 2007-ci ildə başlanılıb. Onun uzunluğu 21,5 km-dir. Altızolaqlı yolun eni 22,5 m-dir. Layihə çərçivəsində 4 sahədə 6 yeni yol qovşağı, yeraltı avtomobil keçidi, 2 yeraltı piyada keçidi tikiləcək.

Layihənin qiyməti 49,5 mln. manatdır. Onu Azərbaycan hökuməti, Küveyt və Əbu-Dabi fondları maliyyələşdirir. Layihənin baş podratçısı Türkiyənin «Mak-Yol Insaat Sanayi Turizm ve Ticaret AS» şirkətidir.

Turan
XS
SM
MD
LG