Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:40

Jurnalistlər Nəcəf Nəcəfov və Elmar Hüseynovun qəbrini ziyarət ediblər


«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martın 2-də qətlə yetirilib
«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martın 2-də qətlə yetirilib
Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü münasibəti ilə bir qrup media təmsilçisi mərhum jurnalistlər Nəcəf Nəcəfov və Elmar Hüseynovun qəbrini ziyarət ediblər.

Bu barədə AzadlıqRadiosuna Reportyorların Azadlığı və Tühlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynli məlumat verib. Onun sözlərinə görə, hər iki qəbir üstündə müxtəlif çıxışlar dinlənib:

- Mən dedim ki, əgər jurnalistlər birləşməyi bacarmasa, hamını çox pis aqibət gözləyəcək. Yeni-yeni həbslər, təzyiqlər işə düşəcək. «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də dedi ki, indi jurnalistlərin həmrəyliyə çox böyük ehtiyacları var.

Emin Hüseynlinin deməsinə görə, Elmar Hüseynovun qəbri üstündə satirik yazar Mirzə Sakitin də təsirli çıxışı oldu:

- Sakit bəy söz verdi ki, o bundan sonra da Elmarın xəyal etdiyi Azərbaycan uğrunda mübarizəsini davam etdirəcək. Yəni korrupsiyasız, azadlıqlara hörmət edilən bir Azərbaycan uğrunda.

Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü 1958-ci ildən qeyd edilir. Bu 1943-ci ilin sentyabrın 8-də asılan çexiyalı antifaşist-jurnalist Yulius Fuçikin edam günü ilə bağlıdır.

«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martın 2-də qətlə yetirilib.

«Azadlıq» qəzetinin ilk redaktoru Nəcəf Nəcəfov 1999-cu il dekabrın 17-də uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
XS
SM
MD
LG