Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:24

Azərbaycan Qafqazda ən rəqabətqabiliyyətli ölkədi


Azərbaycan qlobal rəqabətqabiliyyətlilik reytinqində Ermənistandan da, Gürcüstanda da öndədir. Ümumdünya İqtisadi Forumunun 2009-2010 qlobal rəqabətqabiliyyətlilik hesabatında belə deyilir.

Azərbaycan reytinqdə 51-ci, Gürcüstan 90, Ermənistan isə 97-cidir.

Qlobal rəqabətqabiliyyətlilik reytinqi dünyanın 133 ölkəsinin iqtisadiyyatını əhatə edib, 13 min biznesmenin rəyi öyrənilib.

Bu göstərici üzrə birinci yerdə İsveçrə dayanır, maliyyə bazarlarının və makroiqtisadi sabitliyin zəifləməsinə görə ABŞ ikinci yerə düşüb.

Top beşlikdə növbəti yerləri Sinqapur, İsveç və Danimarka tutur.

Qlobal rəqabətqabiliyyətliliyin ən aşağı olduğu ölkə isə Burundi, Zimbabve və Çaddır.

Qlobal rəqabətqabiliyyətlilik reytinqi geniş açıqlanan statistik məlumatlar və şirkət rəhbərlərinin sorğusu əsasında tərtib olunur.

Bu indeks 2004-cü ildə Kolumbiya Universitetinin professoru Haver Sala-i-Martin tərəfindən Ümumdünya İqtisadi Forumu üçün yaradılıb.
XS
SM
MD
LG