Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 09:34

Mikloş Haraşti media nümayəndələri ilə görüşüb


ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti sentyabrın 8-də axşam Azərbaycanın KİV və jurnalist təşkilatları nümayəndələri ilə görüş keçirib. Görüş məxfi xarakter daşıyıb və onun məzmunu açıqlanmır.

Haraşti keçirilən görüşlərlə bağlı təəssüratları ilə sentyabrın 10-da keçirəcəyi mətbuat konfransında bölüşəcək.

Məlumatlı mənbələrdən Turanın əldə etdiyi məlumata görə, Haraştinin media nümayəndələri ilə görüşündə söz və mətbuat azadlığı, həbs edilən jurnalist və bloqqerlərin problemləri, Azərbaycanda KİV sahəsində qanunun təkmilləşdirilməsi, Azərbaycanda xarici yayım məsələsinə toxunulub.

Görüşdə Media Hüquqları Institutunun rəhbəri Rəşid Hacılı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov, TV sahəsində ekspert Zeynəl Məmmədli, «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov və satirik-şair Mirzə Sakit iştirak ediblər.
XS
SM
MD
LG