Keçid linkləri

2026, 13 Avqust, cümə axşamı, Bakı vaxtı 01:39

Merkel Bundestaqda Əfqanıstandan danışacaq

Almaniya kansleri Angela Merkel sentyabrın 8-də parlamentdə çıxış edərək, ölkəsinin Əfqanıstanla bağlı strategiyasını izah edəcək.

Ötən həftə Əfqanıstanda alman komandirin hava hücumu göstərişindən sonra 70-yə yaxın dinc sakin Gunduz vilayətində ölüb.

Əfqanıstan prezidenti Həmid Kərzayi Fransanın «Le Figaro» qəzetinə müsahibəsində deyib ki, bu hücum – Almaniya qüvvələrinin «mühakiməsinin ən böyük səhvi» olub.

Rəsmi Berlin isə komandirin hücum qərarını dəstəkləyib.
XS
SM
MD
LG