Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Sentyabr, bazar, Bakı vaxtı 04:40

Rusiya Ukraynayla yenə qaz davası edir


Rəsmi Kiyev Rusiya qazının Ukrayna ərazisindən nəqliylə bağlı müqavilnin şərtlərini dəyişdirməyə cəhd eləyir. Rusiya Prezidenti Dmitri Medvedev bu gün Ukrayna rəsmilərinə qarşı bu ittihamı səsləndirib.

Rusiya qazının Avropaya tranzitiyla bağlı iki ölkə arasındakı mübahisədə bu ilk ittiham deyil. İqtisadi böhrann təsir elədiyi Ukrayna Rusiyadan yetərincə qaz almadığını iddia edir, Rusiya isə Ukraynalıları qazı mənimsəməkdə ittiham eləyir.

Sonuncu dəfə iki ölkə arasındakı qaz mübahisəsi üzündən bu ilin yanvarında Rusiya Ukraynaya verdiyi qazı kəsmişdi, və nəticədə Avropanın bəzi hissələri də qazsız qalmışdı.
XS
SM
MD
LG