Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:15

Yan Mikallef demokratiyanın vəziyyətini qiymətləndirməyə gəlir


Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi sədri səlahiyyətlərinin icraçısı Yan Mikallef sentyabrın 10-da Bakıya gələcək. Ayın 14-ə qədər davam edəcək səfərin məqsədi bu il martın 18-də keçirilmiş Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumdan sonra ölkədə yerli demokratiyanın vəziyyətini qiymətləndirməkdir.

Yan Mikallefin Milli Məclisin sədri Oqtay Əsədovla, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə, xarici işlər və ədliyyə nazirləriylə görüşü gözlənir. Onun Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında və Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyətləri və müxalifət partiyalarının nümayəndələri, QHT və KİV rəhbərləri ilə də görüşü nəzərdə tutulub.
Yan Mikallef sentyabrın 21-də Konqresin Bürosunda səfərin yekunlarıyla bağlı məruzə hazırlayacaq.

XS
SM
MD
LG