Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:12

Davudoğlu gəmi kapitanının azad olunmasına çalışır


Bu gün Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Gürcüstana gəlir. O separatçı Abxaziya regionuna iqtisadi embarqo rejimini pozduğuna görə həbs edilmiş türkiyəli gəmi kapitanının azad olunmasına nail olmaq istəyir.

Gəmi avqustun sonlarında Abxaziyaya yanacaq gətirərkən saxlanılıb. Gəmi kapitanı 24 il müddətinə azadlıqdan məhrum edilib. Davudoğlu bildirib ki, kapitan 18 min dollar məbləğində cərimənin ödənilməsi halında azadlığa buraxılacaq.

XS
SM
MD
LG