Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

YAP bələdiyyə seçkilərinə şüarla gedir


Yeni Azərbaycan Partiyası dekabrda keçiriləcək bələdiyyə seçkilərinə “Azərbaycan bələdiyylərinin xalqa xidmətinin səviyyəsini və keyfiyyətini yaxşılaşdıraq” şüarı ilə gedir.

“Media forum”un məlumatına görə, YAP sədrinin müavini, deputat Əli Əhmədov partiyanın saytına açıqlamasında belə deyib.

O, YAP-ın bələdiyyə seçkiləri ilə bağlı konsepsiya hazırladığını vurğulayıb: “Bələdiyyə seçkiləri yerli özünüidarəetmə orqanlarına seçkilər olduğuna görə əsas ağırlıq, təbii ki, bölgə təşkilatlarının üzərinə düşəcək. YAP-ın rayonlarda olan qurumları seçki hazırlığına başlayıblar. Bəzi yerlərdə seçki qərargahları yaradılıb və bizim müəyyənləşdirdiyimiz konsepsiyanın həyata keçirilməsi istiqamətində müvafiq addımlar atılır”.

XS
SM
MD
LG