Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:40

Əfqanıstandakı təhlükəsizlik müzakirə olunacaq


Britaniya və Almaniya Əfqanıstandakı NATO qüvvələrinin sayını azaltmazdan əvvəl təhlükəsizliyə görə məsuliyyəti yerli hakimiyyət orqanlarına təhvil verməyin yollarını müəyyən etmək üçün ilin sonuna qədər BMT-nin himayəsi altında beynəlxalq konfrans keçirilməsini təklif edib.

Almaniyanın kansleri Anqela Merkel və Britaniyanın baş naziri Qordon Braun bildiriblər ki, bu tək onların yox, həm də Fransa prezidenti Nikola Sarkozinin təşəbbüsüdür. Əfqanıstanla bağlı bu konfransda diqqət üç sahəyə - təhlükəsizlik, idarəetmə və iqtisadi inkişafa yönəldiləcək.

XS
SM
MD
LG