Keçid linkləri

2026, 14 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 16:05

Uşaqlar kefirdən zəhərlənib

Krımın Cankoy şəhərində uşaqların kütləvi zəhərlənməsinə səbəb kefir olub.

Hakim dairələr məhsulun buraxıldığı Herson vilayətindəki zavodu bağlayıb.

Mütəxəssislər kefirə infeksiyanın necə düşməsini araşdırırlar.

Ötən cümə axşamı şəhərdəki 8 uşaq bağçasından xəstəxanalara 190-dan artıq uşaq gətirilib.Onlardan 138-i hələ də xəstəxanadadı.
XS
SM
MD
LG