Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Minaya düşmüş 3 əsgərindən biri vəfat etdi


Bu il sentyabrın 4-də Azərbaycanın Ağcabədi rayonunda mina partlaması nəticəsində yaralanmış Atayev Sabiq Seyfi oğlu vəfat edib. APA xəbər verir ki, 1990-cı il təvəllüdlü S. Atayev Şirvan Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı.

O, sentyabrın 6-də Şirvan şəhərində dəfn olunub.

Qeyd edək ki, bu il sentyabrın 4-də saat 11.00 radələrində Ağcabədi rayonunun Qiyamadınlı kəndi istiqamətində 3 hərbçinin olduğu traktor tank əleyhinə minanın üstündən keçib. Minanın partlaması nəticəsində Atayev Sabiq, Məmmədov Nurlan və Rəhimov Murad yaralanıblar. Yaralılar hərbi hospitala yerləşdiriliblər.
XS
SM
MD
LG