Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 20:36

Bloqqerlərlə bağlı prezidentə məktub göndərilib


Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılması tələbi ilə prezident İlham Əliyevə daha bir məktub ünvanlanıb. Məktubu İsveç Parlamentində təmsil olunan 7 partiyanın Gənclər Federasiyasının liderləri birgə yazıblar.

Məktubda gənc bloqqerlərin həbsindən narahatlıq bildirilir. İsveçli gənc liderlər A. Hacızadə və E. Millinin həbsinin siyasi motivli olduğunu və dərhal, qeyri-şərtsiz azadlığa buraxılmasını tələb edirlər. Eyni zamanda gənclərə qarşı qaldırılan bütün ittihamların dayandırılmasını və təqsirkarların cəzalandırılmasını istəyirlər.

Prezidentə ünvanlanan məktubun sonunda qeyd olunur ki, onlar bloqqerlərin məsələsini, həmçinin ölkədəki vəziyyəti diqqətlə izləyəcəklər.

Partiyaların birinin yaydığı bəyanatda isə qeyd olunur ki, İsveç parlamentariləri Adnan Hacızadə və Emin Millinin məhkəmə prosesini Avropa Birliyinin müşahidə etməsini tələb edir. Onlar Azərbaycanda insan haqlarının vəziyyətindən dərin narahatlıqlarını bildiriblər.
Sosial-Demokrat, Sol və Yaşı Partiyasının birgə pres-relizində xarici əlaqələr üzrə sözçülər İsveç hökumətindən tələb ediblər ki, Avropa Birlisinin sədri kimi gənc bloqqerlərin məhkəmə prosesini izləmək üçün Azərbaycana müşahidəçi göndərsin.

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
XS
SM
MD
LG