Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 03:53

Avropa Birliyi dinc sakinlərin ölümündən narahatdı


Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Əfqanıstanda hava hücumu nəticəsində dinc sakinlərin də ölə bilməsindən təəssüf bildirblər.

Əfqanıstan rəsmiləri deyir ki, Gündüz əyalətində talibançıların ələ keçirdiyi yanacaq çənlərinin vurulması nəticəsində 90-a yaxın adam ölüb.

Fransanın xarici işlər naziri Bernard Kuşner Stokholm görüşündə bunun böyük səhv olduğunu deyib və qeyd edib ki, məsələ araşdırılmalıdı.

Avropa Birliyinin xarici əlaqələr üzrə səlahiyyətli nümayəndəsi Benita Ferrero Valdner isə bunun böyük faciə olduğunu deyib.

Həmçinin Vaşinqton bundan dərin narahat olduğunu bəyan edib.

NATO komandanlığı hadisənin hərtərəfli araşdırılacağını vəd edib.
XS
SM
MD
LG