Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi sədrinin səlahiyyətlərini icra edən Yan Mikallefin Azərbaycana səfərinin proqramı açıqlanıb. Yan Mikallef sentyabrın 10-14-də Bakıda səfərdə olacaq. O, səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, xarici işlər naziri Elmar Məmmədyarov, ədliyyə naziri Fikrət Məmmədov, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycanın nümayəndə heyətinin üzvləri ilə görüşəcək. Konqres sədrinin həmçinin müxalifət partiyaları, qeyri-hökumət təşkilatları, media təmsilçiləri və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşləri nəzərdə tutulur. Yan Mikallefin Azərbaycana səfərinin məqsədi 18 mart referendumundan sonra Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı vəziyyəti dəyərləndirməkdir. O, sentyabrın 21-də Strasburqda keçirilməsi gözlənilən Konqresin Bürosunda səfərin yekunlarına dair hesabatla çıxış edəcək. /APA/ |
Buna da bax:
AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib
Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.
Ətraflı məlumat üçün bura klikləyin.
Azadlıq Trend
1