Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:37

Səfirliyin təhlükəsizlik xidmətindən 8 işçisi qovuldu


ABŞ-ın Kabuldakı səfirliyini qoruyan mühafizə xidmətinin səkkiz əməkdaşçı işdən qovulub. Onlar əxlaqsız hərəkətlər etməkdə və qeyri-ənənəvi seksual davranışlarda ittiham olunurlar.

Həmin hərəkətləri əks etdirən şəkillər internet məkanında yayılmışdı. Şəkillərin yayılmasından sonra isə Dövlət Katibi Hillari Klinton məsələni araşdırmaq əmrini vermişdi.

Səfirlikdən verilən məlumata görə səfirliyə təhlükəsizlik xidməti göstərən özəl şirkətlə müqavilə ləğv olunub.

Səfirlik həmçinin alkoqolu qadağan edib, diplomatik təhlükəsizlik əməkdaşlarına özəl şirkətin işçilərinə də göz qoymaq tapşırığı verilib.
XS
SM
MD
LG