Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:11

Tbilisi türk gəmi kapitanını azad edir


Türkiyənin Xarici İşlər naziri Ahmet Davutoglu Gürcüstanın saxladığı gəmi kapitanının azad ediləcəyini deyib.

Kapitan Tbilisinin Abxaziyaya tətbiq olunan iqtisadi blokadanı pozduğuna görə tutulub. 18 min dollar cərimə ödəməsə, onu 24 il də azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bu gün Stokholmda olan nazir jurnalistlərə deyib ki, gəminin sahibi olan Densa şirkəti cəriməni ödəməyə hazırdır.

Gürcüstanın dəniz qüvvələri Abxaziyaya yanacaq aparan bu gəmini ötən ay Qara Dənizdə saxlamışdı.

Azərbaycan mətbuatının bu gün verdiyi məlumata görə həmin gəminin heyət üzvlərindən dörd nəfəri Azərbaycan vətəndaşıdır. Onlar bu gün 3 min lari (təxminən 1500 manat) cərimələnərək azad ediliblər. Cəriməni də gəminin sahibi olan şirkət ödəyib.

Gürcüstan özünün Moskvanın himayə etdiyi iki separatçı regionu – Abxaziya və Cənubi Osetiyaya iqtisadi blokada tətbiq edib.
XS
SM
MD
LG