Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Xamneyi deputatların "hə" demələrini istəyir


İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyi millət vəkillərini prezident Mahmud Əhmədinejadın hökumətini təsdiq etməyə çağırıb.

Əsasən mühafizəkarların nəzarətində olan parlament dünən hökumətdəki 21 nazirdən 18-ni təsdiq edib. Parlament nazir vəzifəsinə irəli sürülmüş üç qadından iksinin və enerji nazirinin namizədliyini rədd edib.

Xamneyi İranda milli məsələlərdə söz sahibidir. O, iyun ayında keçirilən mübahisəli prezident seçkisinə kütləvi etirazlar olsa da, Mahmud Əhmədinejadın ikinci dəfə seçilməsini müdafiə edib.
XS
SM
MD
LG