Rus əsilli Fransız qrossmeysteri Vladislav Tkaçov, Kəlküttədə keçirilən turnirdə, 11-ci gedişdən sonra, yerli şahmatçı Pərvin Kumara uduzub. Oyuna sərxoş halda gələn Tkaçov oyun vaxtı yatıb. Bunu «Reuters» Agentliyi xəbər verir.
Agentliyin məlumatına görə, Tkaçov o qədər sərxoş olub ki, yerində güclə oturubmuş. Bir neçə gedişdən sonra o başını masaya qoyaraq mürgüləməyə başlayıb. Turnirin təşkilatçıları qrossmeysteri yuxudan durğuzmağa çalışsalar da, bütün cəhdləri boşa çıxıb və saat yarımdan sonra Tkaçova texniki məğlubiyyət verilib.
Ciddi xəbərdarlıq alan Vladislav Tkaçov turnirdən kənarlaşdırılmayacaq, öz çıxışını davam etdirəcək.
Tkaçov Fransanın aparıcı şahmatçılarından sayılır. FİDE-nin 2009-cu il sentyabr reytinqində o 58-ci yerdədir.