Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Məktub vaxtsız yetişdi


Emin Millinin anası Natella Abdullayeva
Emin Millinin anası Natella Abdullayeva
Gənc bloqqer Emin Millinin valideynləri sentyabrın 4-də Səbayel Rayon Məhkəməsindən məktub alıblar. Məktubda valideynlər bir gün əvvəl həmin məhkəmədə keçirilmiş iclasa çağırılıblar.

Emin Millinin anası Natella Abdullayeva narazılıq edir ki, heç sentyabrın 3-də keçirilən prosesdən əvvəlcə xəbərləri olmayıb:

«Bundan mən bu gün səhər Adnanın Hacızadənin valideynlərinin şikayəti əsasında Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə xəbər tutmuşam. Görün iş nə yerdədir ki, oğlumun sentyabrın 3-də keçrilən məhkəməsiylə bağlı xəbərdarlıq məktubunu, biz bir gün sonra alırıq. Bizim şikayətimiz əsasında keçən məhkəmədən nədən bir gün sonra xəbər tutmalıyıq?»

Bu gün bloqqerlərin işilə bağlı daha bir məhkəmə prosesi saat 3-də başlayacaq.

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
XS
SM
MD
LG