Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı prezidentlər iki ölkə arasındakı gərgin münasibətləri yaxşılaşdırmağa səy göstərmək barədə razılığa gəliblər. Xəbəri Türkmənistanın dövlətə məxsus “Türkmən Xəbərləri” agentliyinin yayıb.
Uzun illərdir Xəzər dənizinin bölünməsi məsələsi iki ölkə arasında mübahisə predmetinə çevrilib. Türkmənistan bu yaxınlarda bəyan edib ki, məsələnin həllinə nail olmaq üçün beynəlxalq arbitraj məhkəməsinə müraciət edəcək.