Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 09:24

Türk kapitan 24 illiyinə azadlıqdan məhrum edildi


Gəmiylə Gürcüstanın separatçı Abxaziya regionuna yanacaq daşıyan türk kapitanına məhkəmə 24 il həbs cəzası kəsib.

Gürcüstan məhkəməsi kapitanı Abxaziyanın iqtisadi blokadasını pozmaqda ittiham edib. O, Gürcüstanın «işğal olunmuş ərazilərə qaçaqmalçılıq və zorakılıq» haqda qanunu pozmaqda günahkar bilinib.

Bu qanunla Gürcüstanın razılığı olmadan Abxaziya və Cənubi Osetiya ilə iqtisadi əməkdaşlıq qadağan edir.

Ötən ay Türkiyədən Abxaziyaya gedən «Buket» gəmisində 2 ton benzin və 700 ton dizel yanacağı olub. Gəmi heyəti türklər və azərbaycanlılardan ibarət idi.
XS
SM
MD
LG