Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Əfqanıstanda tiryək azalır


Əfqanıstanda bu il tiryək becərilməsi 22 faiz azalıb. BMT-nin Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsinin sentyabrın 2-də yaydığı illik hesabatında belə deyilir.

Məlumata görə tiryək becərilməsinin azalmasına səbəb narkotrikin qiymətinin ucuzlaşması nəticəsində fermerlərin digər məhsullara marağının artmasıdır.

BMT bildirib ki, azalma – daha çox Helmand vilayətində qeydə alınıb.

Hesabatda o da bildirilir ki, ötən illə müqayisədə Əfqanıstanda qanunsuz narkotik ticarəti ilə məşğul olanların sayı təxminən 800 min nəfər azalıb.
XS
SM
MD
LG