Gözlənilir ki, sentyabrın 2-də İran parlamenti prezidentin təklif etdiyi kabinetə səs verməlidir. Parlament avqustun 30-dan bəri 21 şəxsin namizədliyini müzakirə edib.
Deputatlar Təhlükəsizlik Naziri postuna namizədliyi irəli sürülən Heydər Moslehi də daxil olmaqla, bəzi namizədlərin səriştəsiz olduğunu hesab edir.
Səsverməyə prezident Mahmud Əhmədinejatın iyun ayında mübahisəli qələbəsindən sonra sınaq kimi baxırlar.
İran parlamenti dörd il əvvəl Əhmədinejatın təklif etdiyi 4 nəfərin namizədliyini qəbul etməmişdi.
Qanuna görə əgər parlament təklif olunan şəxsə səs verməzsə prezident 3 ay ərzində yenisini təklif etməlidir.