Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:58

Uşaqları xilas edən qatar Praqadan Londona yollanıb


Bu gün Praqadan Londona “ Uniton” adlı xüsusi qatar yollanıb.

Bu aksiya ingiltərəli Nikolas Uintonun 1939-cu ildə 670 yəhudi uşağı xilas eləməsini anmaq üçün keçirilib.

Həmin vaxt Birjada makler olan Uinton uşaqları nasistlərdən qorumaq üçün onları qaqtarla Praqadan Londona göndərib.

Uşaqlar Britan ailələrində sığınacaq tapıb, amma çoxlarının Çexiyada qalmış valideyinləri əsir düşərkələrində öldürülüblər.

Bu gün Praqadan yollanmış qatarın sərnişinləri həmin vaxt sağ qalmış uşaqlar və onların qohumlarıdı.

Onları Londonda Nikolas Uintonun özü qarşılayacaq.

Hazırda onun 100 yaşı var.
XS
SM
MD
LG