Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:49

Əzmi Bostan: «Telekanallara verdiyim reklam çarxlarına görə qəpik də ödəməmişəm»


Məhkəmə prosesi davam edir.
17 ildir ki, Azərbaycanda sığorta və reklam işi ilə məşğul olan «Eksklüziv» şirkətinin həmtəsisçisi Əzmi Bostan yerli telekanallara verdiyi reklam çarxlarına görə pul ödəmədiyini etiraf edir. Sentyabrın 1-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «GEN» MMC-nin rəhbəri Elbrus Əliyevin işi üzrə keçirilən məhkəmə iclasında zərərçəkmiş qismində dindirilən Əzmi Bostan bildirib ki, onun «GEN» MMC ilə bağlı reklamları «Xəzər», «Space» və «Lider» televiziyalarında həmin teleşirkətlərin reklam üzrə məsul şəxsləri ilə şəxsi anlaşmalar çərçivəsində yayımlanıb: «Düzdür, mənimlə həmin teleşirkətlər arasında reklam müqaviləsi olub, ancaq mən onların heç birinə pul ödəməmişəm, telekanallarla isti münasibətim olub. Bir il məndən pul tələb etmədən reklamlarımı yerləşdiriblər. Ancaq həmin reklamların dəyəri bir borc kimi mənim üstümə yığılıb. İndi mənim telekanallara ümumilikdə 211 min manat borcum var ki, bunu da Elbrus ödəməlidir».

Əzmi Bostan iddia edir ki, «GEN» MMC-nin rəhbəri Elbrus Əliyevin ona 384 min manat borcu var. Bunun 173 mini mənzillərə və qeyri-yaşayış sahələrinə görə, 211 mini isə telekanallardakı reklam çarxlarına görə Elbrus Əliyev tərəfindən Əzmi Bostana ödənilməlidir. «GEN» MMC-dən 3 mənzil və bir neçə qeyri-yaşayış yeri almaq üçün Elbrus Əliyevlə müqavilə bağlayıb 193 min ödəsəm də, nə mənzil, nə də qeyri-yaşayış yerləri şirkət tərəfindən mənə verilməyib», – deyən Əzmi Bostan bu səbəbdən də ibtidai istintaq tərəfindən zərərçəkmiş qismində tanınıb.

Elbrus Əliyev isə bildirib ki, zərərçəkmiş yalan danışır: «Bu adam mənə cəmi 20 min manat ödəyib, qalan 173 min manatı isə barter yolu ilə ödəməli idi. Yəni mənzillərin reklamlarını telekanallarda yerləşdirməli idi».

Hakim Əzmi Bostana sual verib: «Sizin Azərbaycan qanunvericiliyindən xəbəriniz var? Reklam haqqında qanunun tələblərini bilirsiniz? Siz tikilməmiş, ortalıqda olmayan binaları necə reklam etmisiniz? Siz bilirsiniz ki, qanunsuz reklamlarla vətəndaşlara külli miqdarda zərər vurmusunuz?». Əzmi Bostan sualları cavablandırmayıb.

Hakim həmçinin zərərçəkmişlərin nümayəndəsi Vidadi İskəndərova bildirib ki, zərərçəkmişlərin həm Əzmi Bostanı, həm də qanunsuz reklamla məşğul olaraq vətəndaşların aldanmasına səbəbkar olmuş telekanalları məhkəməyə vermək hüquqları var.

Məhkəmə prosesi davam edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG