Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 01:17

Azərbaycanın 50-dən çox media orqanı dövlətdən qrant alacaq


Sentyabrın 1-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu keçirdiyi ilk müsabiqənin nəticələrini açıqlayıb. Nəticələrə görə, 55 qəzet və təşkilat müsabiqədə qalib gəlib. Qaliblərin arasında müstəqil və müxalifyönlü mətbu orqanlar da var.

Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, təşkilata 112 layihə təqdim olunsa da, bəzilərinin sənədləri qaydasında olmayıb. Ekspertlər qrupu 87 layihəni qiymətləndirib.

Müsabiqədə qaliblər üçün 60 yer nəzərdə tutulub.

Yerdə qalan 5 yer üçün isə Fond yenidən müsabiqə elan edəcək, amma bu dəfə fərdi jurnalistlər arasında.

Vüqar Səfərlinin sözlərinə görə, yerdə qalan maliyyə vəsaitini ayrı-ayrı media təmsilçilərinin layihələrinə xərcləməyə qərar veriblər.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu bu ilin əvvəllərində yaranıb. İyun ayında isə ilk müsabiqəsini elan edib. Müsabiqənin büdcəsi 1 milyon manatdan çox olub.
XS
SM
MD
LG