Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:25

«İran hazırkı liderlərindən yaxşısına layiqdir»


Fransa prezidenti və Almaniya kansleri İranın mübahisəli nüvə proqramını müzakirə ediblər.
Nikolya Sarkozi Angela Merkellə Berlində danışıqlardan sonra deyib ki, İran xalqı «hazırkı liderlərindən daha yaxşısına layiqdir».

O, həmçinin bildirib ki, Almaniya və Fransa nüvə proqramı ilə bağlı sanksiyaların gücləndirilməsinə çağıracaq, əgər İran bu sahədə beynəlxalq ictimaiyyətin şəffaflıq tələblərini yerinə yetirməzsə.

Angela Merkel isə Almaniya və Fransanın bu məsələdə çox ciddi olduqlarını deyib.

Sentyabrın 2-də altı ölkənin rəsmisi İranın nüvə proqramını Almaniyada müzakirə edəcək.
XS
SM
MD
LG