Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:50

Əfqanıstanda 47 amerikalı hərbçi ölüb


Avqust ayı amerikalı əsgərlər üçün ən çox ölümlə nəticələnən ay olub, 47 hərbçi ölüb. Bu barədə NATO baş komandanı Stenliy Makkristal deyib.

O, Əfqanıstanla bağlı strategiyanın dəyişdirilməsi üçün Pentaqon və NATO qərargahlarına məlumat təqdim edib.

Makkristal bildirib ki, Əfqanıstanda vəziyyət «ciddidir, ancaq uğur əldə edilə bilər».

NATO-nun yeni komandanı bu ölkəyə əlavə qoşun göndərilməsini istəməsə də, NATO ekspertləri gözləyir ki, o, bu addımı, bir neçə həftəyə o atacaq.

Bu arada avqustun 31-də Əfqanıstanda partlayışlar zamanı iki Britaniya və iki Amerika əsgəri ölüb.
XS
SM
MD
LG