İsveçin Akademik xəstəxanası avqustun 31-də bir nəfərin H1N1 virusundan öldüyünü təsdiq edib.
Xəbərdə deyilir ki, virusun qurbanı 37 yaşlı bir kişidir. O, cümə günü evində TV-yə baxarkən qəflətən özünü pis hiss edib, təcili yardım gələndək keçinib.
Hadisə İsveçin Upsala şəhərində baş verib.
Bu, İsveçdə H1N1 virusundan ilk ölüm hadisəsidir.