Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:55

Kadırov Orlovdan 316 min dollar təzminat istəyir


Çeçenistan prezidenti Ramzan Kadırov Memorial insan haqları təşkilatının sədri Oleq Orlova qarşı məhkəmə iddiasına başlayıb.
Kadırov Memorial sədrinin 316 min dollar məbləğində təzminat ödəməsini tələb edir.
İyulun 15-də insan haqları fəalı Natalya Estemirova Çeçenistanda öldürüləndə Orlov demişdi ki, bunun səbəbkarı Kadırovdur.
İndi Çeçenistan prezidenti tələb eləyir ki, Orlov ittihamını geri götürsün və təzminat ödəsin.
Orlovun vəkili isə deyir ki, o öz fikrini bildirib və buna görə onu məhkəməyə çəkmək söz azadlığına hücumdur.
XS
SM
MD
LG