Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:22

Sıravi Alşved və 30 milyonluq ölüm


Vyaçelav Daşiçev
AzadlıqRadiosunun Berlindəki müxbiri Aleksandr Sosnovski 90 yaşlı Herd Alşveddən aldığı müsahibədə veteran deyib ki, 1939-cu ildə onun 20 yaşı var idi və bir il idi ki, hərbi xidmətdə idi. 1939-cu il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə, tərkibinə yefreytor Alşvedin də daxil olduğu vermaxtın ağır artilleriya diviziyası, artıq dağılmış Veluniya istiqamətində hücuma başladı. Sonralar, Alşvedin cəbhə həyatında, belə hücumlar çox olub – Varşava, Leninqradın mühasirəsi, Moskvaya hücum…

Azadlıq Radiosunun rus xidməti 2-ci dünya müharibəsində bir-birinə qarşı duran 2 əsgəri 70 ildən sonra yenidən qarşı-qarşıya qoyur. Bu dəfə onların döyüşü fikri ifadəsi cəbhəsində gedir. Alşvedin dediklərini keçmiş sovet əsgəri, tarixçi Vyaçeslav Daşiçev belə şərh edir:

- İlk öncə onu deməliyəm ki, Herd Alşvedin bir sıravi əsgər kimi Hitlerin və alman ali komandanlığının planları barədə məlumatı olmayıb, axı Polşaya hücum barədə qərar 1 aprel 1939-cu ildə qəbul olunub.

O ki qaldı polyakların özlərini aqressiv aparmalarına, bu, boş söz-söhbətdir. İndi bizdə - Rusiyada da belə tendensiya var – İkinci Dünya müharibəsinin başlanmasında Polşanı günahlandırmaq istəyirlər. Bu düz deyil. Mən öz dörd cildlik «Hitlerin strategiyası: fəlakətə doğru yol» əsərimdə alman komandanlığının və Hitlerin gələcək müharibə barədə planlarını dəqiq təsvir etmişəm. Alşvedin dedikləri isə, alman komandanlığının necə dəqiqliklə bu müharibəyə hazırlaşdığını sübut edir. Xırdalığına qədər hər şey elə hazırlanmışdı ki, müharibə uğurla gətirsin.

VERMAXTIN BU TƏZYİQİNİN QARŞISINI NECƏ ALMAQ OLARDI?

O ki qaldı polyakların müqavimətinə, gəlin ondan başlayaq ki, Polşa ordusu ilə Almaniya ordusunu bir tutmaq olmaz. Alman tanklarına qarşı Polşa süvariləri mübarizə aparırdı. Qüvvələr, həm texniki, həm də say baxımından tam fərqlənirdi. Polyaklar öz vətənlərini qoruyurdular. Bunu başa düşmək lazımdır. Əfsuslar olsun ki, onların buna gücü çatmırdı. Buna baxmayaraq, Polşa əsgərlərinin şücaətini layiqincə qiymətləndirmək lazımdır, onlar mərdliklə müdafiə olunurdular. Lakin vermaxtın belə güclü təzyiqinin qarşısını necə almaq olardı?

Polşa əhalisinin almanlara münasibətinə gəlincə isə, bunu da başa düşmək olar, Polşanın bölünmə sindromu polyakların qəlbinə yatmışdı axı.

Sentyabrın 17-si Sovet ordusunun Polşaya hücumu başladı, polyaklar burada da müqavimət göstərdilər, sonadək vuruşdular. Bu, Polşanın dördüncü, cinayətkar bölgüsü idi. İndi Stalinin bu mövqeyinə bəraət qazandırmaq istəyirlər, deyirlər, guya, o, Molotov-Ribbentrop paktına icazə verməkdə düz edib. Lakin hansısa sinfi düşüncələr, sinfi maraqlar Sovet İttifaqının 30 milyon insan itirdiyi bu müharibəyə bəraət qazandıra bilərmi? Rəsmi olaraq 27 milyon qeyd edilir, lakin mən bilirəm ki, 27 deyil, 30 milyon insan həlak olub.

Hitlerin və alman baş qərargahının strategiyasından xəbəri olmayan sadə əsgərin düşüncələri təbii ki, 1 sentyabr hadisələrini düzgün təsvir edə bilməz.

HİTLERƏ QARŞI İNGİLTƏRƏ, FRANSA VƏ SOVET İTTİFAQININ BİRLƏŞMİŞ ORDUSUNU ÇIXARMAQ LAZIM İDİ

Bu müharibə kimə nə verdi – Sovet İttifaqına, İngiltərəyə, Fransaya? Hamı uduzdu – həm İngiltərə, həm Fransa, həm Sovet İttifaqı ağlagəlməz maddi və insan itkiləri verdilər.

Bu, bir daha onu göstərir ki, Hitlerə qarşı İngiltərə, Fransa və Sovet İttifaqının birləşmiş ordusunu çıxarmaq lazım idi. Lakin iş dalana dirəndi, məsul siyasətçilər başa düşmədilər ki, milli eqoizm nəyə gətirib çıxaracaq. Bütün qüvvələri müharibənin qarşısını almağa yönəltmək lazım idi, lakin bu, edilmədi.

Bəs cənab Alşvede müharibədən nə qazandı? Yaxşı heç nə - yaralanma, daha sonra Almaniyanın bölünməsi. Almaniya öz tarixində ən faciəli fəlakətini yaşadı – iki hissəyə bölündü.

Cinayətkar və qorxunc müharibənin verdiyi dərs budur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG