Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:20

Sarkisyan Türkiyəyə futbol oyununa getməyə şərt qoyur


Ermənistan prezidenti Serj Sarkisyan deyib ki, Türkiyəyə futbol oyununa o vaxt gedəcək ki, Türkiyə-Ermənistan sərhədləri açılmış olsun ya da tərəflər bu qərara yaxın olsunlar.
Sarkisyan deyib ki, “tərəflər razılaşmalara hörmət etsələr, bu, normal və korrekt olardı.”
“Təəssüf ki, bu razılaşmalara əməl eləməyin və ya buna güclü meylin biz şahidi olmadıq”.
“Bizim arzumuz əvvəlki kimi qalır: əlaqələri yaxşılaşdırmağa ilkin şərt qoyulmamalıdır”.

Ermənistan və Türkiyə futbolçularının görüşü oktyabrın 14-də Türkiyədə olmalıdır.
Keçən ilin sentybarında Yerevandakı ilk oyuna Türkiyə prezidenti Abdulla Gül getmişdi.
XS
SM
MD
LG