Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Putin Molotov-Ribbentrop paktını mənəviyyatsızlıq adlandırır


Rusiyanın baş naziri Vladimir Putin 1939-cu ilin avqustunda bağlanmış Molotov-Ribbentrop paktını pisləyib və Almaniya ilə SSRİ arasındakı həmin sazişi mənəviyyatsız adlandırıb.

Polşanın «Gazeta Vyborcza» qəzetinə yazdığı açıq məktubunda Putin Xatın qırğınını da pisləyib. Həmin qırğında Sovet ordusu 20 min polyak zabitini, əsgərini və ziyalısını məhv edib.

Putinin məktubunu onun Polşa səfərinə hazırlıq kimi qiymətləndirirlər.

Putin Polşanın Qdansk şəhərində İkinci dünya müharibəsinin başlanmasına həsr olunan tədbirlərdə iştirak etməlidir.
XS
SM
MD
LG