Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:42

QHT-nin Ədliyyə Nazirliyinə qarşı iddiasına baxılacaq


Bu gün Yasamal Rayon Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin Ədliyyə Nazirliyinə qarşı iddiasına baxılacaq. Məhkəmə saat 11.00-da başlanacaq.

İddiaçı Ədliyyə Nazirliyini onu qeydiyyata almadığına və birləşmək hüququnu pozduğuna görə məhkəməyə verib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi 2009-cu il yanvarında qeydiyyat üçün sənədlərini Ədliyyə Nazirliyinə göndərib. Aprelin 29-da nazirliyin Qeydiyyat və Notariat Baş İdarəsi isə sənədlərin qaydasında olmadığını bildirərək geri qaytarıb.

XS
SM
MD
LG