Keçid linkləri

2026, 09 Sentyabr, çərşənbə, Bakı vaxtı 23:19

İraqda törədilmiş partlayışlarda azı 18 adam ölüb

Dünən İraqda törədilmiş 3 partlayışda azı 18 nəfər ölüb, xeyli adamsa yaralanıb.

Bağdadın şərqindəki kafelərdən birində törədilmiş partlayış nəticəsində azı 2 dinc sakin ölüb, 12-si isə yaralanıb.

Ölkənin şimalında, əsasən sünnilərin yaşadığı Hamad kəndindəki polis məntəqəsinin ətrafında törədilmiş partlayış isə 12 adamın ölümü, 15-nin isə yaralanmasıyla nəticələnib.

Onlardan 6-sı polisdi.

Suriya sərhəddinin yaxınlığında yerləşən Sinjar şəhərində isə minalanmış maşının partladılması nəticəsində azı 4 nəfər ölüb, 20-dən çox adamsa yaralanıb.
XS
SM
MD
LG