Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:54

İtkin düşmüşlərin ailələri avtomobil yolunu kəsdilər


«Mərasim iştirakçılarının əksəriyyəti bölgələrdən gəlmişdilər»
«Mərasim iştirakçılarının əksəriyyəti bölgələrdən gəlmişdilər»
Avqustun 30-da Bakının Nərimanov rayonu ərazisində itkin düşmüşlərin ailələri avtomobil yolunu kəsiblər. Hadisə yerinə gələn polislərlə aksiyaçılar arasında qarşıdurma yaranıb.

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin əməkdaşı Aynur Elgünəşin AzadlıqRadiosuna verdiyi məlumata görə, aksiyaçıların narazılığına səbəb Beynəlxalq İtkin Düşmüşləri anım mərasiminə dövlət məmurlarının qatılmaması olub:

«Mərasim iştirakçılarının əksəriyyəti bölgələrdən gəlmişdilər. Mərasimdə isə yalnız ictimai təşkilat nümayəndələri və komitə rəhbərliyi iştirak edirdi. İtkin düşmüşlərin ailələri deyirdilər ki, niyə burda dövlət məmurlarından, deputatlardan heç kim yoxdur? Ona görə də yolu kəsməyə qərar verdilər».

Anım mərasimini Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi təşkil edib.

Aynur Elgünəşin sözlərinə görə, BQXK-nin rəhbərliyi tədbirin «yad etmə mərasimin»dən kənara çıxmamasına çalışsa da, itkin düşmüşlərin ailələri yaxınlıqdakı avtomobil yolunu kəsiblər. Onlar həm də mərasimə çəkiliş qruplarının gəlməsini tələb ediblər.

Hadisə yerinə gələn Nərimanov rayon Polis İdarəsinin rəhbərliyi aksiyaçıları sakitləşdirib və mərasimə yerli televiziya kanallarından biri çağırılıb.

Dağlıq Qarabağ müharibəsində 4.000-dən çox Azərbaycan vətəndaşı itkin düşmüş hesab olunur.

Avqustun 30-u Beynəlxalq İtkin Düşmüşləri Anım Günüdür.

Hadisə yerinə gələn polislərlə aksiyaçılar arasında qarşıdurma yaranıb


Hadisə yerinə gələn Nərimanov rayon Polis İdarəsinin rəhbərliyi aksiyaçıları sakitləşdirib

















AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG