Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 16:22

Edvard Kennedi bu gün dəfn olunacaq


Bu gün Amerikanın “Arlington” milli qəbristanlığında senator Edvard Kennedinin dəfn mərasimi olacaq.

Onun mərhum-öldürülmüş qardaşları Con və Robert Kennedi də bu qəbristanlıqda dəfn olunublar.

Con Kennedi 1963-cü ildə prezident olarkən, Robert Kennedi isə 1968-ci ildə seçkiqabağı kompaniya zamanı öldürülüb.

Dəfndən əvvəl Edvard Kennedinin doğma şəhəri Bostonda matəm mərasimi olacaq.

Mərasimdə prezident Barak Obamanın çıxışı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG