Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Alimlik dərəcəsi almaq istəyənlər Gəncədə öz elmi işlərini müdafiə edə biləcəklər


İlk dəfə olaraq Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) yaradılmış Müdafiə Şurasında 4 ixtisas üzrə müdafiələr təşkil olunacaq.

Bu barədə məlumatı ADAU-nun elmi işlər üzrə prorektoru Xalid Qurbanov məlumat verib.

Cari ilin yanvar ayında Ali Attestasiya Komissiyası 24 üzvü olan Müdafiə Şurası yaradıb. Kənd təsərrüfatının mexanizasiyası, təkərli traktorlar, bitkiçilik, meyvəçilik, üzümçülük və xüsusi zootexnika ixtisasları üzrə yaradılan Müdafiə Şurasının 90 faizi gəncəli alim, professorlardan ibarətdir. Üzvlərdən yalnız ikisi Azərbaycan Texnologiya Universitetinin, qalanları isə Dövlət Aqrar Universitetinin əməkdaşlarıdır.

İndiyədək 5 nəfər elmi işini müdafiə etmək üçün Şuraya müraciət edib. Onlardan biri müdafiə edib, 2 nəfər müdafiə ərəfəsindədir.
XS
SM
MD
LG