Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:08

Rafiq Tağı "MONQOL" (Hekayə)


Sadıq Mus­ta­fa­yev il on iki ay ana­sı­nın ölü­mü­nü göz­lə­yir, di gəl, o, pas­port üz­rə, ya elə-belə üz­dən qo­cal­ıb-həpriyibsə də, hə­lə bir ye­ri ağ­rı­mır­dı. Ay ca­ma­at, gö­rün kaftarda xəs­tə­lik ol­maz?! Yox, an­caq hər­dən "az da­nış, ba­şım ağ­rı­dı", de­mə­yi var. Oğ­lu de­yi­nən­də gu­ya ba­şı­nın ağ­rı­ma­sı onun ye­ga­nə xəs­tə­li­yi idi. İlahi, baş­qa cür xəs­tə­lən­mə­mək­də bu heç in­sa­na ox­şa­mır! Ba­rı hər­dən san­cı­la­na, ya kö­pü ola, de­yə­sən, hə. Öl­kə­ni bü­rü­yən qrip epi­de­mi­ya­la­rı on­da bur­nu­nun ucun­da­kı qı­zar­tı ilə tə­za­hür edəcək, vəs­sa­lam.

Zarafatsız, qo­ca­la­na­can saz qalmaq heç bir mən­ti­qə sığ­mır. Ça­şıb öl­məz - evi yı­xı­lar. Bir də­fə san­ki ölüm pa­yı gön­də­rir­miş ki­mi, gö­z-ba­şı qay­na­ya-qay­na­ya, çay­nik qa­pa­ğı­nı ona sa­rı ne­cə to­laz­la­dı­sa, zə­rif də­ri ola - sol qa­şı­nın üs­tü kön­də­lə­ni­nə ça­pıl­dı. Hər­çənd bu za­man gör­dü ki, on­da ar­vad elə bil ona göz vur­du. Hər hal­da, ça­pıl­ma da xəs­tə­lik sa­yıl­dı­ğın­dan, on­da bir az in­sa­na ox­şar­lıq alın­dı. İn­di onun ölü­mü­nü qa­şın üs­tün­də­ki bap­ba­la­ca ya­ra­dan göz­lə­mək müm­kün­dü.


Sa­dıq ana­sı­nın xəs­tə­lən­mə­mə­sin­də həm də bir əx­laq­sız­lıq gö­rür: axı, bu ar­vad ni­yə dərd çək­mə­sin? Ayıb de­yil­mi? Uşaq­lıq­da gör­dü­yü min bir azar-be­za­rın bir­cə­ciyi bun­da iz qoy­ma­mış­dı. Ba­rı əsə­bi po­zu­la, ay­da bir-iki qor­xunc yu­xu gö­rə. Yox, bu, div ki­mi ya­ta­caq! Daş on­dan na­ra­hat ya­tır. Yum­ru göz­lə­ri­nin çev­rə­sin­də­ki yel­pinc qı­rış­lar in­gi­lis­sa­ya­ğı məsud idi. Sa­dıq get-ge­də ana­sı­nın var­lı­ğın­dan uta­nır, həm də ar­tıq on­dan çim­çə­şir­di. Ya­dı­na gə­lir, rəh­mət­lik ata­sın­da­kı xəs­tə­lik­lər ana­sın­da ər ad­lı məx­lu­qa nif­rət tö­rət­miş­di. Hər­çənd nif­rət öz­lü­yün­də onun qar­şı­da­kı ölü­mün­dən do­ğan se­vinclə neytral­la­şır­dı. Ona gö­rə də ər ölü­mü on­da atılıb ərə get­mə­sin­də­ki ki­mi xoş­bəxt duy­ğu­lar oyat­dı: ya­sa kim gə­lirdi, ya or­da bir az əv­vəl gör­dü­yü­nü tə­zə­dən gö­rür­dü­sə, onunla ye­nə marçamarç öpü­şür­dü.

Ata ölü­mü bir ma­cə­ra idi ki, bu əs­na­da ana­sı­nı yax­şı ta­nı­ya bil­miş­di. Ata ölü­mü ona əv­vəl­ki sə­bəb­siz nif­rə­ti sön­dü­rüb, mə­həb­bə­ti yan­dır­mış, ana­ya nif­rə­ti­sə yan­dı­rıb, ona əv­vəl­ki mə­həb­bə­ti sön­dür­müş­dü. Bu ya­nıb-sö­nən mə­həb­bət və nif­rət­lər onun hə­ya­tın­da­kı zül­mət­də rek­lam lam­pa­la­rı ki­mi közərir­di­lər. Ana­sı­nın acı­ğı­na ata­sın­da­kı xəs­tə­lik­lə­ri hət­ta sev­miş­di də: is­tər­di özü də hə­min xəs­tə­lik­lər­dən öl­sün - do­daq­la­rı gö­yər­sin, üzü qa­ral­sın. İs­tər ki ölü­mü sönük rənglərlə ba­şa var­sın.


Sa­dıq son­ra­lar ana­sı­na nif­rə­tə vər­diş elə­di və bu nif­rət adi bir şe­yə çev­ril­di. Nif­rət da­ha qanını qa­raltmır­dı. Nif­rət­lər için­də hət­ta ar­va­da sa­lam da ve­rib ke­çir­di. Ana­dı də-ə, ney­lə­yə­sən. An­caq da­ha onun sapsağ­lam canın­da şə­­rin yu­va qur­ma­sı­na şəkk-şüb­hə­si yox­du. Hər­çənd dü­zü, o, şə­ri öz göz­lə­riy­lə gör­mək iq­ti­da­rın­da de­yil­di. Qaç, qur­tar - qa­dı­nın bu cü­rə­sin­dən hər şey göz­lə­mək müm­kün­dü. Qa­nun­la mü­qəd­dəs ana­lar da mək­ri-zə­nən ola bi­lər. Spar­ta­lı­la­rın eti­qad səviyyəsinəcən şişirtdikləri sağ­lam­lıq in­san­da na­tə­miz əməl­lər­lə nə­ti­cə­lə­nir.


Ana və ba­la - on­lar ai­lə­də iki­cə nə­fər­di və Sa­dıq gö­rür­dü ki, bu ki­çik ai­lənin bir it oğ­lu itin ya­nın­da hör­mət-izzəti yoxdur. Ya­sa da xa­la­xət­ri­nə gəl­miş­di­lər. Adi bir baş­sağ­lı­ğı zən­gi ar­vad üçün toy-bay­ra­ma çev­ri­lir­di. Yə­qin ai­lə­ni bi­hör­mət elə­yən sə­bəb­lər­dən bi­ri elə onun öz qı­yıq göz­lə­ri idi. Axı, on­la­rın nəs­li-cəd­da­ba­sın­da be­lə şey gö­rünməyib. Doğrudan da, dur­du­ğu yer­dəcə in­sa­nın göz­lə­ri ni­yə qı­yıq, ya­naq­la­rı ni­yə çı­xıq ol­ma­lı imiş? Hər hal­da, bu, nə­cib əmə­lin nə­ti­cə­si de­yil­di.


"Yəqin bunun ana­sı bir vaxt Ta­ta­rıs­tan­da qo­naq olub", - hə­lə uşaq­lıq­dan yekə-yekə kişilər onun qıyıq gözlərinə sataşardılar.


"Mən Ta­ta­rıs­tan yox, Mon­qo­lus­tan de­yər­dim. Çün­ki Sa­dıq­ba­la ta­tar­dan daha çox mon­qo­la ox­şa­yır".


"Ə, sənin o qə­şəng anan ne­cə­di?" - bir də­fə də tə­nəf­füs vax­tı mək­təb­in ca­van mü­əl­limi on­dan so­ruş­muş­du.


"Yox, bu­nun ana­sı ən­ti­qə şey­di! Əsas da bu­ra­la­rı," - baş­qa mü­əl­lim də ona züy tu­tmuş­du. An­caq "bu­ra­la­rı" de­yən­də, Sa­dıq bu mü­əl­li­min ha­ra­la­rı nə­zər­də tut­du­ğu­nu bil­­mə­miş­di.


Ana­sı­nın göy­çək­li­yi Sa­dı­ğın ba­şı­na qa­xınc idi və get-ge­də də on­da qey­rət alov­lan­dı­rır­dı.


Ona uşaq­lıq­dan "mon­qol" de­miş­di­lər. De­yə­sən, rəsmi ata-ana yox, qey­ri-rəs­mi bam­baş­qa bir xətt üz­rə kö­kü, hə­qi­qətən də, ge­dib mon­qol-ta­tar is­ti­la­sı­na çı­xır­dı. O, qə­dim bir zor­lan­ma­nın əla­mə­ti ki­mi, həm də uzun il­lər ata­sı­nın uşa­ğı ol­ma­yandan sonra dün­ya­ya gəl­miş­di. Hər hal­da, bu, ana­da­kı əx­laq saf­lı­ğın­dan xə­bər ver­mir­di. Əl­bət­tə, ata əv­vəl çox bur­cux­du, çox atı­lıb-düş­dü, axır dərddən xəs­tə­lik tap­­dı və son­ra da xəs­tə­lik bir da­ha onu atı­lıb-düş­mə­yə qoy­ma­dı.


"De gö­rüm, bu bəd­bəx­tin göz­lə­ri ni­yə qı­yıq­dı?!" - ata­sı qış­qı­ra-qış­qı­ra ana­sın­dan mil­yon kə­rə so­ruş­du­sa da, onu qa­ne edən bir ca­vab eşit­mə­di.


"Mən ney­nim, get onu öz ulu ba­ba­la­rın­dan so­ruş".


Yox, ki­şi bu dün­ya­dan köç­mə­yi üs­tün tutdu.


İşə bax, bu­ra­nın da yox, Ru­si­ya­nın mon­qol-ta­tar is­ti­la­sın­dan ötüb ke­çən ne­çə yüz il­lər­dən son­ra ca­ma­at bu is­ti­la­ya qar­şı çı­xır, Sa­dı­ğa qız ver­mir­di­lər. Za­man giz­li, ya aş­kar - hər han­sı zor­la­ma fak­tı­nı neytral­laş­dı­ra bil­mə­miş­di. O, öm­rün xey­li his­sə­si­ni çü­rü­dən sar­saq əs­gər­li­yi­ni də çək­di, şan­lı bir insti­tu­tu da qur­tar­dı, ancaq “mon­qol” lə­kə­si üz­də ey­bə­cər qa­ra xal ki­mi on­dan heç cür çə­ki­lib get­mə­di. Sa­dıq öz­lü­yün­də mon­qol­lar­la qo­hum­lu­ğu­nu həm də at­la­ra sev­gi­sin­dən bi­lir­di. At­lar qa­nad ta­xıb res­pub­li­ka­dan qey­bə çə­ki­lən­də, Sa­dıq on­la­rı qi­ya­bi se­və­si ol­du. Mən­zi­lin­də di­var­lar­dan at boy­da at şə­kil­lə­ri as­mış­dı. İn­cə­va­ra, di­var­ları atdan hün­dür, atdan uzun­du­lar.

* * *


Sa­dıq Mus­ta­fa­ye­vin bəx­ti on­da gə­tir­di ki, Şöv­qi Hə­sə­no­va rast düş­dü. Ta­le onun üzü­nə za­vod­la­rı­nın akt za­lın­da gül­dü. O hə­lə ta­le­yi üzə gü­lən gör­mə­miş­di; san­ki Mark Şa­qa­lın fır­ça­sın­dan çıx­mış uzun­sov bir tə­bəs­süm ta­pan­ça ki­mi ona tuş­lan­mış­dı.


- Siz mon­qol­su­nuz? - he­sa­bat-seç­ki yı­ğın­ca­ğı­nın axı­rın­da Şöv­qi mü­əl­lim onu yanına ça­ğırtdı­rıb bir­ba­şa so­ruş­du.


- Xeyr. Mon­qol de­yi­ləm, - bu in­cik ca­vab­dan gör­sə­nirdi ki, de­yə­n, su­al bir qə­dər ko­bud səs­lə­nib.


- Fik­ri­ni­zə öz­gə şey gəl­mə­sin. Mə­nim mon­qol­la­ra qa­nım qay­na­yır. Di­var­la­rı­mı gö­rə­si­niz - büs­bü­tün mon­qol üz­lə­ri­lə bə­zə­mi­şəm. Mon­qol­su­nuz­sa, de­yin. Zə­rər tap­maz­sı­nız.


- Mon­qol de­yən­də - bir ba­la­ca...


- Baxma, in­san za­hi­ri əla­mət­lə də uca­la bi­lər. Mən Mon­qo­lus­tan­da Brej­nev-Se­den­bal vaxtla­rın­da iş­lə­mi­şəm. Or­da bir qız sev­miş­dim - il­dı­rım vu­rub öl­dür­dü. İn­di onun xa­ti­ri­nə si­zi ucaltmaq is­tə­yər­dim. Evi­mi gö­rə­si­niz, mon­qo­la ox­şar pi­şiklər əlin­dən yer yox­dur - qı­zın xa­ti­ri­nə sax­la­yıb, onlara qul­luq gös­tə­ri­rəm.


- Dü­zü, pasportda adım azər­bay­can­lı ge­dir, am­ma əs­lin­də mon­qol ki­mi bir şe­yəm. Üs­tə­lik, gö­zü­mü açan­dan ha­mı mə­nə mon­qol de­yib.


- Mon­qol de­yib­lər­sə, de­mək, elə mon­qol­su­nuz da-a, - ki­şi bu yer­də se­vin­di. - Ca­ma­at də­li de­yil ki! Həm də mon­qo­lun buy­nu­zu-za­dı ol­mur ki. Üzü­nü­zə de­yəcəyəm, siz mon­qol xa­qan­la­rı­nın tö­rə­mə­lə­rin­dən­si­niz. Bu ne­cə və nə cür olub - işə dəx­li yox­dur. Özü də mon­qol­lu­ğu­nuz­la fəxr et­mə­li­si­niz.


- Bi­lir­si­niz, adam qa­lır iki daş ara­sın­da: mon­qol adı­nı üs­tü­mə gö­tür­səm, Av­ro­pa­dan av­to­ma­tik uzaq düş­müş olu­ram. Hal­bu­ki mən Av­ro­pa­nı se­vi­rəm, is­tə­rəm həmişə av­ro­pa­lı sa­yı­lam.


- On­suz Azər­bay­can - Av­ro­pa de­yil. Nə ol­sun ki, iki qi­tə ara­sın­dan çə­ki­lən və heç də mövcud olmayan xə­ya­li xətt, mən ona həqarətlə “cız” deyirəm, Azər­bay­ca­nı tə­sa­dü­fən Av­ro­pa­ya qa­tıb. Özü də mon­qol­lar dün­ya­ya şə­fəq sa­çan­da, av­ro­pa­lı­lar hə­lə fil qu­la­ğın­da yat­mış­dı­lar. Av­ro­pa Asi­ya ilə mü­qa­yi­sə­də dü­nən əmələ gəlib.


Şöv­qi mü­əl­lim söh­bət əs­na­sın­da "ta­tar" adı­nı di­li­nə də gə­tir­mə­di, eləcə "mon­qol" de­yib dur­du. Sa­dıq do­şab al­mış­dı, bal çıx­dı: onu bir­cə həf­tə­yə irə­li çək­di­lər. Am­ma vər­diş elə­yə­nə­cən, bu təsadüfi "hün­dür­lük"də ba­şı xey­li gi­cəl­lən­di. Son­ra­lar bir də gö­rüş­mə­di­lər­sə də, Şöv­qi Hə­sə­no­vun nə­zər­lə­ri onun üzə­rin­dən əs­kik ol­ma­dı. İl­dı­rım vur­­muş mon­qol qı­zı­nın ru­hu ona di­rək ol­du. İn­di res­pub­li­ka qə­zet­lə­rin­də say-seç­mə in­san­lar sı­ra­sın­da bir mon­qo­lo­id şək­li pey­da ol­muş­du.

* * *


Sa­dıq Mus­ta­fa­yev Şöv­qi Hə­sə­no­vun tamam ək­si olan bir adam­dı. Şöv­qi mü­əl­lim mə­həb­bə­ti­ni re­al­laş­dı­rır­dı­sa, o, bü­tün qa­dın­la­ra, həm­çi­nin ana­sı­na nif­rə­ti­ni re­al for­ma­lar­da üzə çı­xar­ma­ğa tə­lə­sir­di. Və­zi­fə­yə ça­tan ki­mi Al­lah var-döv­lə­ti ba­şın­dan tök­dü; bir növ, on­da nif­rət üçün "mad­di ba­za" ya­ran­­dı. Əv­vəl­ki hə­ya­ta da­ir xa­ti­rə­lə­ri in­di ona gü­lünc gö­rü­nür­dü. Hə, uşaq­lıq­da ve­lo­si­pe­də, tə­zə mək­təb for­ma­sı­na ne­cə se­vin­miş­di­sə, gənclikdə də za­vod­­da işə dü­zə­lib cın­dır bir ya­taq­xa­na­da yer al­ma­ğı­na elə se­vi­nər­di. İşə bax, Şöv­qi mü­əl­lim akt za­lın­da tə­sa­dü­fən onu gör­mə­səy­di, ta­le uzun­sov tə­bəs­süm­lə onun üzü­nə bax­masaydı, elə bu xır­da se­vinclər­lə də öm­rü ye­lə ve­rə­cək­di.


Çox de­di­lər, az de­di­lər, axır Sa­dıq Mus­ta­fa­yev­də­ki za­hi­ri mon­qol­luq da­xi­li mon­qol duyğularıyla nə­ti­cə­lən­di. O ar­tıq mon­qol­ca­sı­na dü­şü­nür, qə­dim is­ti­la­lar ta­ri­xi onu se­vin­di­rir­di. On­da mon­qol ta­ri­xi gec çi­çək­lər aç­mış­dı. Yu­xu­daca Ru­si­ya çöl­lə­rin­də at ça­pır, hət­ta nə qədər bərk yata, ayaq­la­rın­da at ça­par­kən tö­rə­nən ağ­rı­lardan oya­nır­dı. Bir də­fə Çin­giz­xan haq­qın­da­kı bilik­lə­ri yu­xu­da fan­tas­tik ta­ri­xi sü­jet­lər­də dü­züm­lən­miş­di.


Onun qor­xu­sun­dan ev­də köl­gə ki­mi do­la­nır­dı­sa da, Sa­dıq gü­lən göz­lə­rin­dən gö­rər­di ki, ana­sı xoş­bəxtdir. An­caq hər hansı qur­ba­ğa­ya bəxş edəcəyi xoş­bəxtlik bəl­kə onu se­vin­di­rər­di də, di gəl, ana­ adlı bu adamcığın xoş­bəxtli­yi­nə bi­ga­nə idi. Axı, ne­cə olub ki, onun uşaq­lıq­dan çək­di­yi ağ­rı-acı­lar bu ar­va­dın bir­çə­yin­də bircəcik ağ tük­ləsə əks olun­ma­yıb. O nə bu­nu, nə də onun sev­gi­si­nə mə­həl qoy­ma­yan­la­rı unu­dub. Nə ol­du, in­di oca­ğı­nın ba­şın­da şön­gü­yən ta­pıl­dı?

Get-gedə artan va­ri­datı mon­qol-ta­tar zor­la­ma­la­rı fak­tı­nı zə­rər­siz­ləş­dir­miş, on­da­kı bü­tün "ta­ri­xi" eyib­lə­rin üs­tü­nü örtmüş­dü. Var-döv­lət na­mus­suz­luq­la­rı he­çə en­di­rən, lo­tu­luq­la­ra mü­qəd­dəs­lik namı qa­zan­dı­ran şey imiş. Ona ərə gəlmək istəyənlər arasında artıq hər gün dava qopurdu. Axır birinə "hə" dedi. Amma qə­ri­bə­dir, o, gər­də­yə gi­rər­kən, qı­zı uçub şi­rə­yə qon­muş mil­çək ye­rin­də gör­dü. Qa­ra­ca da bir qız­dı; bur­nu­nu tut­san ca­nı çı­xar­dı. Elə hə­min ge­cə­də­cə ona "mil­çək" de­di.

"Bu gün­dən, - de­di, - sə­nin adın mil­çək qa­lır". Qız dinmədi. Hə­min ge­cədən yad­da sax­la­ma­ğa­ bir öpüş nədi - o da ol­ma­dı. Tfu! Əş­ya­ların tığ vu­rul­duğu, tə­zə­lik­cə top­da­ğıt­maz ol­muş evi bu mil­çək üçün onun özün­dən qiy­mət­li imiş. Qə­hər­dən bo­ğu­lur­du. Ar­vad ona yox, əş­ya­la­ra gəl­miş­di (doğanda da qorxasan əşya doğa). An­caq bir gün bə­ha­nə ta­pıb ar­tıq ar­vad ol­muş dü­nən­ki qı­zın qulağının dibinəcə ürək­dən ti­kan çı­xar­dan bir yum­ruq iliş­dir­di. İn­sa­fən, daş­dan səs çıx­dı, on­dan yox. Ək­si­nə, son­ra bu ha­di­sə­ni gül­mə­yə sal­dı. Təzə qohum­lardan da ona gül­dən ağır söz de­yən ta­pıl­ma­dı; hə­lə bəl­kə gü­na­hı öz qız­la­rın­da gör­dü­lər. Am­ma əv­vəl­ki vaxtlar ol­say­dı, ona hök­mən qu­laq­bur­ma­sı ve­rdirər­di­lər.


Mon­qol tə­zə pe­şə tap­ıb: iş­dən tez-tez gə­lir, ev­də mərə­kə qo­pa­rır və tə­zə­dən rədd olub ge­dir. Əl­bət­tə, özü də bi­lir ki, bu mərə­kə­lər tut­du­ğu yüksək və­zi­fə ilə heç cür uyuş­mur. Bir gün də qış­qı­ra-qış­qı­ra:


- Bax, qoy bu ru­mın me­be­li sə­nin ərin ol­sun! Mən get­dim! - de­di.


De­di və hə­qi­qə­tən, çı­xıb get­di. Gə­lin göz­lə­ri­ni dö­yə-dö­yə qal­dı. Bəl­kə də ki­şi xey­la­ğı be­lə ol­ma­lı idi. Sa­dıq har­da bat­dı­sa, düz bir həf­tə evə dön­mə­di. Axır gə­lib çı­xan­­da, qı­zı ye­nə me­bel­lə yan-ya­na­şı gör­dü. De­yə­sən, zən­ni düz çı­xır. Ar­va­dı gül­lü əs­giy­lə me­be­lin üzü­nü elə si­lir, de­yir­sən, onun­la se­vi­şir. Yox, məhz elə bu fakt in­ti­qam üçün ki­fa­yət­di. Qa­dın­lar­dan, hət­ta ana­­dan alınası in­ti­qam get-ge­də onun qa­yə­si­nə çev­ri­lir­di. Yox­sa əsas da bu ar­va­dın sağ­lam­lı­ğı axır onu də­li edə­cək. Ba­rı ana­sı oğ­lu­nun onu öl­dür­mə­si­ni göz­lə­mə­yə, özü­ci­yəz ölüb ge­də. Dü­zü, Sa­dıq qa­dın tay­fa­sın­dan kim­lə­rin ölü­mü­nü du­man­lı şə­kil­də plan­laş­dı­rır­dı­sa da, ana­sı ba­rə­sin­də elə fik­ri yox­du: qoy özü öz əcə­li ilə öl­sün.


Ev­dən kə­nar yer­lər­də bir-iki sa­at­lı­ğa, bəzən bir ge­cə­li­yə sa­tın al­dı­ğı qa­dın­la­rın ona bəxş et­diyi bol-bol gü­lüş­lər­dən də ar­tıq çiy­rin­miş­di. İn­san­dakı ən sax­ta cəhət­lər­dən bi­ri gü­lüş­dür. Ümu­miy­yət­lə, in­san­da gü­lüş ya­saq olun­ma­lı­dır. Axı, bu nə­yə la­zım­dır! O, gö­zəl qa­dın ən­dam­la­rı­nı ya­taq­da gah bu, gah di­gər səm­tə çön­dər­dik­cə, keç­miş­də ol­say­dı, on­la­rın ona ərə gəl­mə­yə­cək­lə­ri­ni düşünürdü. Tə­bəs­süm­lə­ri­ni gör­mə­sin deyə, üz­lə­ri­nə bax­ma­dı­ğı gö­zəl­çə­lər ona can­lı ət çap­pa­la­rı­nı an­dı­rır­dı­.

Ət­də gü­lü­şə nə lü­zum! Ət­də gü­lüş çəhrayı yar­lı­ğa bən­zə­yir. Ka­sıb çağ­la­rın­da qa­dın­lar­da gör­dü­yü məğ­rur­luq ta­mam boş bir şey imiş. Qa­dın­lar­da məğ­rur­luq il­lü­zi­ya­dır. Ha­ya­na dön­ə, ye­nə ki­şi­lər! Heç kəs qıs­na­ma­dı - Şöv­qi Hə­sə­nov öz­ü onu gənclik­də sev­di­yi, il­dı­rım vur­muş adi bir mon­qol qı­zı­nın xa­ti­ri­nə göy­lə­rə ucaltdı. Bir tə­mən­na güd­mə­dən.


Am­ma bir­cə qa­dı­nınsa bo­ğa­zı­nı quş bo­ğa­zı ki­mi üzə bil­sə, bəl­kə onda ürə­yi so­yu­yar, həm də bu ləz­zət ona öm­rü bo­yu bəs edər­di. Onu yan­dı­ran əsas şey bu qa­ra qar­ğa­nın ona öl­çü-bi­çi və he­sab­la ərə gəl­mə­si idi. Üs­tə­lik, da­im onu si­lib-əziz­lə­di­yi ru­mın me­be­li ilə bir tu­tur. Yox, bəlkə bu­nun uşa­ğı me­bel­dən ola­caq; uşaq elə me­be­lə ox­şayacaq.


Sa­dıq Mus­ta­fa­yev şər tə­cəs­sü­mü bil­di­yi qa­dın­la­rın iki­cə­ci­yi­ni evin­də sax­la­dıq­ca, qan təz­yi­qi, hər gün ölçdü­rür, dəm­bə­dəm yük­səl­mək­də idi. Mah­nı­lar­da­kı ki­mi də, de­yir, evin­də ilan­lar bəs­lə­yir. La­kin ar­tıq nə ana­nı ana bi­lir, nə ar­va­dı - ar­vad. İki­si bir si­fət­də - ciz­gi­lər yu­maq olub bir-bi­ri­nə qa­rış­mış­dı. Da­ha on­lar­la bir mən­zil­də nə­fəs çəkmək də dö­zül­məzdi - astma­lı­lar ki­mi bo­ğu­lur­du.

***


Bir ge­cə Sa­dıq Mus­ta­fa­yev­gi­lin pən­cə­rə­lə­ri sə­hə­rə­cən, az qa­la ta­va­na ça­tan işıq sü­tun­la­rı ilə bə­zək­lən­miş­di. Elə bi­lir­din içə­ri­də di­rək­lə­ri qı­zıl­dan olan qəsr ucal­dı­lıb. Nə­ha­yət, qı­zıl di­rək­lər süb­hün qıp­qır­mı­zı şə­fəq­lə­rin­dən so­lub gö­rün­məz olan­da, sü­rü­cü­sü mən­zi­li­nə qal­xıb onu ki­şi­lər haq­qın­da hə­mi­şə oxu­du­ğu ki­tab üs­tün­də tut­du. Bir-bi­rin­dən se­çil­mə­yən, qapqara yan­mış iki məx­luq dö­şə­mə­nin tən or­ta­sın­da yan-ya­na uza­dıl­mış­dı.

- Bu kömür in­san­la­rı gör­dün­mü? Hə­min­ki­lər­di: anam­la ar­va­dım. Di get, la­zı­mi orqanlara xə­bər elə. Qorxma, şə­rəf­siz­lik­lə­rini tərtəmiz yu­muş in­sa­nın ha­mı qar­şı­sın­da al­nı açıq, üzü ağ­dır, - o, bu söz­lə­ri qey­rət­li mon­qol­la­rın şan­lı ta­ri­xi için­dən çıxmış na­mus­lu bir mon­qol ki­mi söy­lə­di.

Sa­dıq Mus­ta­fa­yev pas­por­tun­da "azər­bay­can­lı" ya­zıl­mış mon­qol ki­mi tu­tul­du.

1997, may-iyun

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG