Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Oktyabr, şənbə, Bakı vaxtı 14:54

Atom Agentliyi: Iran bəzi öhdəliklərini yerinə yetirib


İran nüvə yanacağı düzəltmək kampaniyasının miqyasını bir qədər azaldıb və Natanz uran zənginləşdirmə zavodunun daha effektiv təftiş edilməsi ilə bağlı öhdəliklərini yerinə yetirib. Bunu özünün son hesabatında Beynəlxalq Atom Enerjisi Agentliyi bildirir. (Röyters)

Amma hesabata görə, İran həm də uran zənginləşdirilməsi üçün sentrifuqaların sayını artırıb. Bu, İrana qərar verildiyi anda uran zənginləşdirilməsi işini geniş miqyasda bərpa etməyə imkan verəcək.

Hesabatla tanış olan BMT rəsmiləri deyirlər ki, bu sənəd sentyabrın 2-də dünyanın 6 güc dövlətinin İranla bağlı məsləhətləşmələri üçün bir baza sənədi olacaq.

Məsləhətləşmələrdə İrana yeni sanksiyaların qoyulub-qoyulmaması haqda fikir mübadiləsi aparılacaq.
XS
SM
MD
LG